Mənə baxıb görməz oldun,
Küsmüsən nədən?
Söz deyirəm, güldürüm ki, səni
Çox üzülmə sən.
De sözünü, gözləmə.
Ürəyim əsdi,
Yalvarıram sən bugün
Ağlama bəsdir.
Gəl danışaq sevgimizdən,
Sənə var sözüm.
Başqasına çox inanma yenə,
Gəl, canım-gözüm.
Gəl o yolda bizi gözləyən
Bir eşqin sabahı var.
Mən sənin o ömründən keçən
Bir gözəl bahar.