Gah ağlatdın, gah güldürdün sən məni
Hikmətini bilmək olmur nədəndir?
Selə, suya, qərq eylədin cahanı
Göz yaşını, silmək olmur nədəndir?
- nəq -
Nədəndir... ? Nədəndir ..?
Göz yaşını, silmək olmur nədəndir?
2 ci bənd
Nə biləydim xəzan vurmuş gül'müşəm
Öz ömrümü, sənin ömrün bilmişəm
Fələk məni ağladanda gülmüşəm
Sən ağladsan gülmək olmur... Nədəndir?
- nəq -
Nədəndir..?
Nədəndir...?
Sən ağlatsan gülmək olmur nədəndir...?
3 cü bənd
Yaşamağa nə aman var, nə güman
Başım üstən çəkilməyir çən duman
İstəyirəm həsrətindən verim can
Həsrətindən ölmək olmur, Nədəndir...?
- nəq -
Nədəndir..?
Nədəndir..?
Həsrətindən ölmək olmur nədəndir?