1. Qurban adına,
Bir sal yadına.
Sənin oduna, a gülüm,
Yandım bilmədin.
Yetər qüssə, qəm,
Mən səni hərdən
Könlümə həmdəm, a gülüm,
Sandım, bilmədin.
Gərək biləydin, deyib güləydin. - 2 dəfə
Qurban adına, bir sal yadına.
Sənin oduna-a, yandım bilmədin.
2. Ellər gözəli,
Səni görəli,
Çiçəyi, gülü, a gülüm,
Dandım, bilmədin.
Ala gözünü,
Şirin sözünü,
Gülər üzünü, a gülüm,
Andım, bilmədin.
Gərək biləydin, deyib güləydin. - 2 dəfə
Qurban adına, bir sal yadına.
Sənin oduna-a, yandım bilmədin.
Qurban adına, bir sal yadına.
Sənin oduna-a, yandım bilmədin.