Akif Islamzade Hersey Gozeldir Heyatda минус

00:00 / 02:57
Loading
Скачать
0
1539
Тональность
0.0
+
Темп, %
0.0
+
Свойства файла: 4 Мб 192 кбит/с
Загружено: Kamal44 @ 12.04.18
Текст песни «Hersey Gozeldir Heyatda»
  
Hər şey gözəldir həyatda
Sən bu gözəlliyi anlaya, duya bilsən,
Hər şey gözəldir həyatda
Özün bir zərrə gözəllik yarada bilsən,
Yarada bilsən.

Arzuda inam, inamda şübhə qorxusu,
Ümüddə səadət, səadətdə onu itirmək qorxusu
Nə qədərdir, nə qədərdir, nə qədərdir.

Bir dəfə yaşayırıq
bu işıqlı dünyada,
Bürünüb bir vücuda.
Milyon-milyon yollara,
Talelərə adlara,
Tuşlayıb ümüdləri,
Hərəmiz bir hədəfə,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.

Eləsini sevək ki,
Bu sevgi ömrümüzü
Bu sevgi ömrümüzü,
Nurlandırsın isitsin,
qışda, baharda da,
Yağışlı gündüzlərdə,
Zülmətli gecələrdə,
Mavi axşamlarda, bəyaz şaxtalarda.
Mavi axşamlarda, bəyaz şaxtalarda.

Hər şey gözəldir həyatda
Sən bu gözəlliyi anlaya, duya bilsən
Hər şey gözəldir həyatda
Özün bir zərrə gözəlliy yarada bilsən,
Yarada bilsən
Текст добавлен: MalikMirze
Добавлять комментарии могут только зарегистрированные пользователи.