Ədalət Şükürov Qoca Cinar минус

00:00 / 03:39
Loading
Скачать
0
3567
Тональность
0.0
+
Темп, %
0.0
+
Свойства файла: 4,1 Мб 160 кбит/с
Источник:youtu.be/dJtuZvBZvsw
Загружено: sarkasara @ 22.05.19
Текст песни «Qoca Cinar»
  
Bizim həyətimizdə bir çinar vardır
Onun ətrafında biz yığışardıq
Bir gecə yaxınlaşıb mən o ağaca
Qorxa qorxa yazdım ''A'' üstə gəl ''A''
Keçdi illər mən qayıtdım sevgimi yada saldım
Düşündüm bəlkə səni görəm yenə
Şahid idi o çinar yadımdadı o bahar
İlk dəfə sevirəm demişdim sənə
 
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi
 
Çinarın kölgəsində dayanırdım mən
Gözləyirdim məktəbdən qayıdanda sən
Qonşular görərdi mənim bu halımı
Mənə çox qəribə baxardı hamı
Nə bilə idim ay çinar bahardan mənə qalan
Uşaqlıqdan mənim sevdiyim o qız
Axı sən şahid idin bir dostumda bilirdi
Kimə mən demişəm ''sevirəm səni''
 
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Birdə dostum, yaxın dostum bilirdi mənim sirrimi
 
Gəlib çinar altında yenə oturdum
Gördüm ki eyvanda dayanıb dostum
Yanında sən vardın dolandı başım
Demə dostum olub ömür yoldaşın
 
Keçdi illər mən qayıtdım sevgimi yada saldım
Düşündüm bəlkə səni görəm yenə
Şahid idi o çinar yadımdadı o bahar
İlk dəfə sevirəm demişdim sənə
Sevirəm!
Текст добавлен: sarkasara
Добавлять комментарии могут только зарегистрированные пользователи.