Nə eşq olaydı, nə aşıq, nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət!
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı!
Tükəndi taqətü-səbrim, Ədalət! Ah, ədalət!
Tükəndi taqətü-səbrim, Ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!