Sənsizdir keçmir vaxtım
Ürpəndi kövrək qəlbim
Saatıma tez-tez baxdım
Bir görüş çoxmu Rəbbim
Dönməz ki sənsiz dünya
Onsuz da yoxdur xeyri
Məhşərdə bitməz sevdam
Versəm də canımı,ürəyimi
İstərsən olsun bitsin
Yadlar da baxsın gülsün
Beynimdən atsın getsin
Gizlincə öldürsün...
Olmazlara durdum dözdüm
Təklikdə dondum qaldım
Badəmə qətran süzdüm
Hər gecə içdim yandım
Başdan nağıl söyləndi
Mən saf və gərçək sandım
Arxamca hey səsləndi
Səssizcə baxdım qaldım.