Ana kür!.. Yaşa Kürüm!
Hələ neçə ömür.
Yaşadacaq könüllər səni!
Bir gəlinsən yatağında,
Təbiətin qucağında
Nazənin Kür,gözəl Kür!
Həyatına bağlısan bu Vətənimin,
Sən nəfəsi olmusan can gülşənimin.
Keçmişimin,bu günümün aynasısan,
Bu dünyada sən arzular dünyasısan.
Sənsən həyatım mənim,
Dərdim,dərmanım mənim, sakir axan Kür,
Sahilləri gülüstan Kür